Press "Enter" to skip to content

“Baladadaşın toy hamamı” olacaq

"Baladadaşın toy hamamı" nümayiş olunacaq

BAYRAQDAR MEDİA – Fevralın 15-i saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin hekayələri və Firudin Allahverdinin musiqisi əsasında hazırlanan “Baladadaşın toy hamamı” tamaşası nümayiş olunacaq.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir. Rollarda əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Nadir Xasiyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Hüseyn Əlili, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Şaban Cəfərov, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Əliməmməd Novruzov, Fərid Rzayev, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Güldanə Əzimova, Elnarə Nağdəliyeva, Cərayıl Cəbrayılov, Telli Hüseynova, Elməddin Dadaşov, Nigar Qarayeva, Miruğur Əlili iştirak edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.