BAYRAQDAR MEDİA – Avropa Vəkillər Kollegiyası və Hüquq Birlikləri Şurası İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubda həbsdə olan vəkil Məhəmməd Rza Fəqihinin durumundan narahatlığını bildirib, onun dərhal, həm də qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
Xəbəri “Azad İran” Telegram kanalı “Iranwire”a istinadla yayımlayıb.
Bildirilib ki, Güney Azərbaycanlı vəkil M.Fəqihi İran hakimiyyətinə qarşı toplanmaq və təşkilatçılıqda ittiham olunaraq 5 il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, M.Fəqihi əslən Ərdəbil əyalətinin Hir şəhərindəndir və Tehranda yaşayır. O, müxtəlif dövrlərdə Güney Azərbaycan Milli Hərəkatının fəallarının hüquqlarını müdafiə edib.