BAYRAQDAR MEDİA – 15-15-27 fevral saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında eyniadlı tamaşanın premyerası olacaq.
Bu haqda Milli Dram Teatrının yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “mistik əhvalatların baş verdiyi səhnə əsəri atası Cəllad Məmmədqulunun ruhu ilə görüşmək istəyən Karvanbaşının faciəli aqibəti haqqındadır. İnsan həqiqəti öyrənməyi çox arzulayır, amma unudur ki, bu yolun sonunda onu fəlakət gözləyə bilər”.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
İlk şərhi yaza bilərsiniz