Press "Enter" to skip to content

Rusiyadan nə qədər uzaq olsaq yaxşıdır

Azər Həsrət

BAYRAQDAR MEDİA – “Heç bir dövlət, o cümlədən Rusiya Azərbaycanla diktə dilində danışa bilməz! Azərbaycan artıq 34-cü ildir ki, müstəqil dövlətdir, dünya birliyinin tam hüquqlu üzvüdür və beynəlxalq normalar çərçivəsində suveren bir idarəetməyə sahibdir. Belə bir dövlət hər şeydən öncə öz milli maraqlarını əsas tutur, sonra da uyğun bilsə, başqa dövlətlərin maraqlarını da nəzərdən keçirə bilər.”

Bu sözlər siyasi şərhçi Azər Həsrətə aiddir. O, son vaxtlar Rusiyanın Azərbaycana yönəlik təzyiq cəhdlərini şərh edərkən belə deyib.

Azər Həsrət daha sonra qeyd edib ki, “Azərbaycan Rusiya da daxil olmaqla hər bir dünya dövləti ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərində maraqlıdır. Amma belə anlaşılır ki, Rusiya bərabərlikdən yana deyil. Görünür bunlar hələ də velikoros şovinizmindən qurtula bilmirlər. Rusiyanı idarə edənlər ayılmalı, dünyaya diqqətlə baxmalı və çağdaş qaydaları mənimsəməlidirlər. Əks təqdirdə özləri üçün həm ölkə içində, həm də ölkə dışında ciddi problemlər yaratmış olacaqlar. Onsuz da Rusiya problemlər içindədir. Belə bir durumda hələ bir Azərbaycanla da münasibətləri pozmaq hər şeydən öncə o dövlətə zərər verəcək. Bizim üçünsə ciddi problem yoxdur. Azərbaycan Rusiyadan nə qədər uzaq olarsa, bir o qədər yaxşıdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.