İxtisaslı mütəxəssislər, sahibkarlar və uzaqdan işləyən əməkdaşlar üçün
BAYRAQDAR MEDİA – Qazaxıstan ixtisaslı mütəxəssislər, sahibkarlar və uzaqdan işləyən əməkdaşlar üçün üç yeni viza rejimi təqdim edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Neo Nomad vizası (B12-1) – Qazaxıstanda yaşamaq və xarici gəlirini qoruyaraq uzaqdan işləmək istəyən rəqəmsal sahibkarlar üçün nəzərdə tutulub.
Bildirilir ki, “The Digital Nomad Visa (B9-1) – Qazaxıstana daimi yaşayış icazəsi almaq üçün köçən tələbatlı İT mütəxəssisləri üçün vizadır. Digital Nomad vizasını almaq üçün Astana Hub və ya Qazaxıstanın İT sektorunda səlahiyyətli orqanın vəsatəti tələb olunur”.
Səfirliyin məlumatına əsasən, daimi yaşayış vizası (B9) – tibb, elm, innovasiyalar, təhsil və yaradıcı sənaye sahəsində ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulub.
İlk şərhi yaza bilərsiniz