BAYRAQDAR MEDİA – Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda səfir aşağıdakıları yazıb: “Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici İşlər Nazirliyinin Doğu Avropa və Qafqaz üzrə baş direktoru Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmədə iştirak etdik”.
R.Məmmədov paylaşımında, həmçinin “görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlığın inkişafı müzakirə edildi”, – deyə qeyd edib.
İlk şərhi yaza bilərsiniz