Press "Enter" to skip to content

Qərbi Azərbaycan İcmasından etiraz

Ülviyyə Zülfiqar

Ülviyyə Zülfiqar:Ermənistan qərbi azərbaycanlılara məxsus abidələrə qarşı bu kimi davranışlarına son verməlidir

BAYRAQDAR MEDİA – “Tarixi Azərbaycan şəhərindəki maddi irs abidəmiz olan Təpəbaşı məscidində içki istehlak edilməsi bütünlükdə İslam aləminə hörmətsizlikdir. Ermənistan maddi – mədəni irsimizə hörmətlə yanaşmalı, dağödılmasına yol verməməli idi. Lakin nəinki bu məqamlara diqqət ayrılmayıb, üstəlik qərbi azərbaycanlılara məxsus tarixi Təpəbaşı məscidi spirtli içki istehlak edilən məkana çevrilib”.

Bunu Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – sözçüsü Ülviyyə Zülfiqar İrəvanın Təpəbaşı məhəlləsində tarixi məscidimizdə içki istehlak edilməsi ilə bağlı Ermənistan tərəfinə hansı çağırışların edilməsinə dair medianın sualına cavab verərəkən deyib.

İcmadan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Ülviyyə Zülfiqar bildirib ki, Ermənistanda Təpəbaşı məscidi də daxil olmaqla Qərbi Azərbaycanlılara məxsus 300 -dən çox məscid dağıdılmış vəziyyətdədir, 600-ə yaxın qəbristanlıq isə yerlə yeksan edilib: “Hələ dağıdılmamış Göy Məscid isə başqa millətə məxsus kimi təqdim edilir. Ermənistan qərbi azərbaycanlılara məxsus abidələrə qarşı bu kimi davranışlarına son verməli, Beynəlxalq ictimaiyyət, ümumbəşəri dini qurumlar bu vəziyyətə səssiz qalmamalı, UNESCO, Roma Papası, İslam Əməkdaşlıq təşkilatı kimi qurumlar xüsusilə həssaslıq göstərməlidirlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.