BAYRAQDAR MEDİA – Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistanın Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycanı təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər”.
“Sülh naminə birlikdə” şüarı ilə keçirilən “AMAN-25” çoxmillətli təlimində Azərbaycanın dəniz xüsusi təyinatlıları qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
İlk şərhi yaza bilərsiniz