Press "Enter" to skip to content

ABŞ Prezidenti: “İran çox qorxur”

Donald Tramp

BAYAQDAR MEDİA – Fevralın 10-da ABŞ Prezidenti Donald Tramp deyib ki, İran hökuməti dərin narahatlıq və dəhşət içindədir, mümkün hərbi hücumun qarşısını almaq üçün razılıq əldə etməyə çalışır. O, İranın ali rəhbəri Əli Xameneyi və hökumət rəsmilərinin açıq etirazlarına baxmayaraq, bombardman etmək əvəzinə İranla yeni razılaşma əldə etməyə üstünlük verəcəyini bir daha bildirib.

Xəbəri “Azad İran” Telegram kanalı “Iran International”a istinadla yayımlayıb.

Bildirilib ki, “Fox News” telekanalına yenidən müsahibə verən D.Tramp İranla bağlı fikirlərini yenidən dilə gətirərək, “Məncə, İran çox narahatdır və hətta qorxur, çünki onun müdafiə sistemi demək olar ki, məhv edilib. Ola bilsin ki, onlar yeni müdafiə sistemləri əldə etməyə çalışırlar, ancaq hələlik onların hava hücumundan müdafiə vasitələri böyük ölçüdə zərər görüb. İran çox çətin anlar yaşayıb və ağır zərbələr alıb” deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.