BAYRAQDAR MEDİA – Bakıdakı 20 nömrəli məktəb-liseydə elmi seminar keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə və Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilən seminarda təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji kollektivi iştirak edib. Seminarın əsas məqsədi şagirdlərin akademik biliklərini real həyatla əlaqələndirmək, problem həlletmə bacarıqlarını inkişaf etdirmək və onlarda sosial məsuliyyət hissini aşılamaqdan ibarətdir”.
Məlumata görə, çıxış edənlər şagird bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsində müəllim-şagird əməkdaşlığının rolundan danışıb, “Təhsildə Yeni Yanaşma–Service Learning” metodu barədə iştirakçılara ətraflı məlumat veriblər: “Bildiriblər ki, “Service Learning” yanaşması ilə şagirdlər yalnız bilik öyrənmir, həm də cəmiyyətə fayda verən layihələr həyata keçirərək biliklərini praktikada tətbiq edirlər. Seminarda bu metodların praktikada tətbiqi üsulları müəllimlərə izah edilib, onları maraqlandıran sullara cavab verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb”.
İlk şərhi yaza bilərsiniz