Press "Enter" to skip to content

Zahid Xəlil məktəblilərlə görüşəcək

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü fevralın 11-də paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseydə keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, “BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı görkəmli pedaqoq, uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair Zahid Xəlil olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.