Press "Enter" to skip to content

Fars-molla rejimi Güney Azərbaycanı talayır

Fars-molla rejimi Güney Azərbaycanı talayır

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın mədənlərindən əldə olunan gəlirlər hesabına əsasən farsların yaşadığı Kerman əyaləyində böyük turizm kompleksinin tikintisi başa çatıb. “Qolqohər Mədən” şirkəti Kermanda Qohər Parkı adlı böyük turizm kompleksinin açılışını edib.

Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.

Bildirilib ki, İran hökuməti mədənlərdən yığılan vəsait hesabına Kermanda iri turizm kompleksi tiksə də Güney Azərbaycanın şəhərləri baxımsız durumda qalmağa davam edir. O cümlədən Vərziğandakı xəstəxananın tikintisi hələ də başa çatdırılmayıb.

Qeyd edək ki, Vərziğanda yerləşən Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədəni sayılır. İranın illik mis istehsalının 60 faizi bu mədəndən çıxarılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.