BAYRAQDAR MEDİA – Fevralın 12-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji idarəçisinin təyin edilməsi” mövzusunda vebinar keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “vebinarda Energetika Nazirliyinin əməkdaşı Əli Salmanlı tərəfindən təsərrüfat subyektləri və qeyri-yaşayış binalarında enerjinin səmərəli istifadəsinə cavabdeh olan enerji idarəçisinintəyin edilməsi, onun vəzifələri, attestasiyadan keçirilməsi qaydaları haqqında ətraflı məlumat veriləcək, mövzu ilə bağlı suallar cavablandırılacaq. Onlayn seminarda iştirak etmək istəyənlər 12 fevral tarixində saat 16:00-da Energetika Nazirliyinin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vebinara qatıla bilərlər”.
İlk şərhi yaza bilərsiniz