Press "Enter" to skip to content

Çıldır gölündə buzlu yenilik

BAYRAQDAR MEDİA – Karsın turizm potensialına yeni nəfəs gətirəcək “KAR’S KÜRESİ” Arpaçay Çanaksu yerində istifadəyə verilib.

Bu barədə karsmanset.com məlumat verib.

Məlumata görə, ziyarətçilərə Çıldır gölünün füsunkar mənzərəsində isti istirahət təqdim edəcək bu yenilik sevinclə qarşılanıb: “Tamamilə plastik materialdan hazırlanmış şəffaf kürə gölün üzərində yerləşdirilib və ziyarətçilərə donmuş Çıldır gölünün unikal atmosferini yaşamaq imkanı verir. Sucuk ekmek, çay və qəhvə kimi ləzzətlərin təqdim edildiyi “KAR’S KÜRESİ” soyuq havada təbiətlə təmasda olmaq, isti istirahət etmək istəyənlər üçün ideal məkan olacaq”.

Qeyd edilib ki, bölgədə qış turizminə yeni bir alternativ təqdim etməyi hədəfləyən layihə Çıldır gölü təcrübəsini yerli və xarici turistlər üçün daha da cəlbedici edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.