Press "Enter" to skip to content

Beynəlxalq standartı üzrə sertifikat təqdim edilib

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ISO10002:2018 “Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “bu beynəlxalq standart şikayətlərin quruma daxil olması, onların nəzərə alınması, həlli və cavablandırılması prosesini qiymətləndirir, şikayətlərə baxılması işinin daha effektiv həyata keçirilməsi üzrə tələbləri müəyyən edir. 2024-cü ilin sonlarında başlayan sertifikatlaşma prosesi çərçivəsində Agentliyin müvafiq sahədə prosedurları və iş təcrübəsi daha da təkmilləşdirilərək beynəlxalq standartın tələblərinə uyğyunlaşdırılıb, KOBİA-nın aidiyyəti struktur bölmələrinin əməkdaşları təlimlərə cəlb olunub. Sertifikat KOBİA-da sahibkarların şikayətlərinə baxılması prosesinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə və sahibkar məmnunluğunun daha da artırılmasına xidmət edəcəkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.