BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Özbəkistanda Qazaxıstanla ikitərəfli su əməkdaşlığı birgə işçi qrupunun 12-ci iclası keçirilib. İclasda Qazaxıstanın su ehtiyatları və suvarma naziri Nurcan Nurjigitov və Özbəkistanın su ehtiyatları naziri Şavkat Hamrayev iştirak edib.
İclasda digər mühüm məsələ olan Sırdərya (Seyhun) çayı boyunca su sərfiyyatının hesablanması sistemlərinin yaradılması da müzakirə olunub.
Kırım Haber Ajansının məlumatına görə nazirlər bildiriblər ki, bu sistemləri qurmaq üçün hər ölkədən 5-i olmaqla 10 müxtəlif region seçilib: “Başlanması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın texniki xüsusiyyətləri tamamlanıb, lakin atılacaq digər addımların müzakirəsi üçün fevral ayında beynəlxalq təşkilatlarla növbəti görüşün keçirilməsi planlaşdırılır”.
İlk şərhi yaza bilərsiniz