“YAŞAT” Fondu tərəfindən şəhidin atasının müalicə xərcləri də qarşılanıb
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan verilən məlumatda qeyd edilib.
Bildirilib ki, “Asəf Ağayev Vətən müharibəsi başlayandan sonadək vuruşub. Son ad gününü də Şuşada qeyd edib. Zəfər paradında Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edib. Qələbədən 37 gün sonra minaya düşərək şəhid olub”.
Məlumata əsasən, “YAŞAT” Fondunun dəstəyi ilə şəhidin atası əməliyyat olunub və müalicə xərcləri qarşılanıb.
İlk şərhi yaza bilərsiniz