BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, Prof. Qeylani Pənahovun biblioqrafik göstəricisi çapdan çıxıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “alim 56-sı Rusiyanın patenti olmaqla 207-dən artıq elmi işin və 1 kitabın müəllifidir. Q.Pənahov tədqiqat işlərində müxtəlif məhlulların süzülməsi prosesində hidrodinamik məsələlələrdə elektrokinetik effektlərin nəzərə alınmasının vacibliyini göstərib, bir sıra özlü-elastik tərkiblər üçün təkliflər verərək bunların əsasında müvəffəqiyyətlə tətbiq olunan sənaye texnologiyaları yaradıb. Bu texnologiyalar hazırda Azərbaycan, Rusiya, ABŞ, Çin və Vyetnamda öz tətbiqini tapıb”.
Sonra xəbərdə deyiıir ki, AMEA-nın müxbir üzvü Q.Pənahovun 70 illik yubileyi münasibəti ilə tərtib olunan vəsaitin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru, Dos. Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Təranə Rüstəmovadır”.
Azərbaycan, rus və ingilis dillərində olan biblioqrafik göstərici tarix, etnoqrafiya, arxeologiya üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər üçün dəyərli mənbədir.
İlk şərhi yaza bilərsiniz