BAYRAQDAR MEDİA – Fevralın 6-da Sahil Babayevin vəzifəsindən çıxarılaraq maliyyə naziri təyin edilməsindən sonra boş qalan əmək və əhalinin sosial müdafiəsi naziri kürsüsünə yeni təyinat olub.
Bununla bağlı Prezident İlham Əliyev fevralın 7-də Sərəncam verib.
İlk Sərəncamla Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Növbəti Sərəncamla isə o, əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.