Press "Enter" to skip to content

Növbəti əməkdaşlıq imkanları

Azərbaycan və Ukrayna Qiymətləndiricilər cəmiyyətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Ukrayna Qiymətləndiricilər Cəmiyyəti (UTO) arasında qarşılıqlı əməkdaşlıqla bağlı saziş imzalanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya AQC-dən məlumat verilib.

Bidirilib ki, “sazişi AQC sədri Vüqar Oruc və UTO sədri İrina İvanova imzalayıb. Sazişin məqsədi qiymətləndirmə fəaliyyətində hər iki təşkilatın üzvlərinin peşəkar maraqlarına yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması, tərəflər arasında uzunmüddətli, səmərəli əməkdaşlığın inkişafıdır”.

Məlumata görə, sənədə əsasən, tərəflər qiymətləndirmə fəaliyyətlərində peşəkar qarşılıqlı faydalı layihələrin təşviqinə və həyata keçirilməsinə dəstək verəcəklər: “Həmçinin tərəflər qiymətləndirmə fəaliyyətinin müxtəlif məsələləri üzrə analitik və statistik məlumatların verilməsi, peşəkar qiymətləndirmə icmasında ölkələr arasında tərəfdaşlıq və işgüzar əlaqələrin təkmilləşdirilməsi üçün addım atacaqların AQC və UQC peşəkar qiymətləndiricilərə və qiymətləndirmə təşkilatlarına dəstək olmaq üçün qabaqcıl təcrübələrin yayılması, qiymətləndirmə fəaliyyəti və əlaqəli sahələr üzrə elmi, praktiki və işgüzar konfransların, forumların, seminarların təşkili və birgə iştirak, ictimai təşkilatlar və ekspert icması ilə qarşılıqlı əlaqə istiqamətlərində birgə tədbirlər həyata keçirəcəklər”.

Xəbərdə o da qeyd edilib ki, AQC Ukrayna ilə yanaşı Türkiyə, Rusiya, Belarusiya və Özbəkistan, Qazaxıtan, Qırğızıstan, Türkmənistan, KKTC-nin də qiymətləndirmə qurumları ilə əməkdaşlıq müqaviləsi var və yaxın əməkdaşlıq edir: “Cəmiyyət türk dövlətləri arasında qiymətləndirmə sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dövrlər xüsusi fəallıq göstərir. AQC sədri Vüqar Oruc eyni zamanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidentidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.