Press "Enter" to skip to content

“Konstitusiya və Suverenlik İli” ilə bağlı virtual sərgi

“Konstitusiya və Suverenlik İli” ilə bağlı virtual sərgi

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Konstitusiya və Suverenlik İli” adlı virtual sərgi hazırlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “sərgidə Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi Azərbaycanın Konstitusiyasının hazırlanmasındakı tarixi rolu, gərgin əməyi, zəhməti, Prezident İlham Əliyevin Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması haqqında dəyərli fikirləri, fotolar və digər tarixi sənəd və məlumatlar əksini tapıb”.

Daha sonra xəbərdə, “sərgidə konstitusiya hüququ, dövlət və hüquq tarixi, nəzəriyyəsi, hüquqi problemlərin təhlil və tədqiqi, Konstitusiyanın hüquqi institut kimi öyrənilməsi, cəmiyyətdə hüquqi şüurun formalaşması, hüquqi dövlət anlayışının genezisi, inkişaf tarixi və s. əks olunduğu azərbaycan, rus və başqa dillərdə 100-dən çox dərslik, dərs vəsaiti, biblioqrafik göstərici, konfrans materialları, bədii və elmi əsərlər, monaqrafiyalar təqdim olunub” deyə qeyd edilir.

Xəbərdə eləcə də bildirilir ki, “nəşrlər sırasında “Heydər Əliyev və Qafqazda sülh prosesi”, “AR Cinayət-Prosseual Məcəlləsi”, “Azərbaycanca-rusca-ingiliscə hüquq lüğəti”, “Müasir dövrdə hüquqi şüurun formalaşması:sosial-psixoloji təhlil”, “Hüquqi dövlət və konstitusiya”, “Əmək hüququ”, “Azərbaycan və hüquqi islahatlar”, “Azərbaycan Respublikası Konstitusiyası və hüququnun əsasları”, “Konstitusiya hüququ”, “Azərbaycan-Yunesko:insan hüquqlarına əsaslanan tərəfdaşlıq”, “Azərbaycanda qadın hüquqları və azadlıqları (beynəlxalq və hüquqi təhlil)”, “Kitabxana işinə dair rəsmi sənədlər (Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu)”, “Hüquq ensiklopediyası”, “Mülki məcəllə” və başqaları yer alıb”.

Həmçinin sərgidə AMEA prezidenti, akademik İsa Həbibbəylinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində AMEA-nın qarşısında duran vəzifələr haqqında AMEA-nın Rəyasət Heyətinin iclasında söylədiyi nitqi, MEK direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun “”Konstitusiya və Suverenlik İli” MEK qarşısında da böyük vəzifələr qoyur” adlı məqaləsi də oxucuların istifadəsinə verilib.

MEK-də ənənəvi formada da təşkil edilən sərgi ilboyu mütəmadi yenilənərək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.