Press "Enter" to skip to content

İranlı siyasətçidən Azərbaycana qarşı növbəti ədəbsizlik

İranlı siyasətçidən Azərbaycana qarşı növbəti ədəbsizlik

BAYRAQDAR MEDİA – SEPAH üzvü və İranın keçmiş Prezidenti Həsən Ruhaninin müşaviri Hesaməddin Aşena Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Suriyanın yeni Prezidenti Əhməd əş-Şəranın görüşündən narahatlığını dilə gətirib.

Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.

“Bu səmimi qarşılanma adi bir mərasimə bənzəmir. R.T.Erdoğan sanki öz övladını qarşılayır. Suriyanı müdafiə edərkən çəkdiyi bütün acılar nəhayət şirin nəticə verib. Türkiyə ilə Azərbaycan arasında münasibət nə olursa olsun, indi Suriya da bizim üçün bir Azərbaycandır”, – deyə H.Aşena X hesabında paylaşım edib.

Qeyd edək ki, hazırda Suriya ilə heç bir danışıqlar aparmağa hazır olmayan İran hökuməti Türkiyə və Azərbaycana qarşı kinini də gizlədə bilmir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.