BAYRAQDAR MEDİA – İrəvanda Güney Azərbaycandan olan gənclərin “Qarabağ” mahnısını ifa etdiyi klipin yayımlanması geniş əks-səda doğurub. İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Qarabağ” mahnısının səslənməsinə sərt reaksiya verib və bunu “dəyərsiz və şübhəli” adlandırıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
“Belə addımların İranın rəsmi mövqeyini əks etdirmədəyini və bunun “planlaşdırılmış aksiya” olması ehtimalına toxunaraq, “Etnik şüarlar səsləndirənlər nə İran millətinin, nə də İranda yaşayan azərbaycanlıların nümayəndələridir. Onların məqsədi erməni xalqı arasında anlaşılmazlıq yaratmaq ola bilər”” deyə səfir bildirib.
Qeyd edək ki, “Öz tarixi və mədəni keçmişi olan Qarabağ haqqında mahnının səsləndirilməsi İran diplomatını niyə narahat etməlidir? İran hökuməti bölgədə azərbaycanlı kimliyinin hər şəkildə güclənməsinin qarşısını almağa çalışır?!”.