Press "Enter" to skip to content

“İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” kitabı nəşr edilib

“İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” kitabı nəşr edilib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun da həmmüəllifliyi ilə ərsəyə gələn “İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” adlı kitab nəşr edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “kitabda Prezident İlham Əliyevin dövlət başçısı və siyasi lider kimi fəaliyyəti, onun idarəetmə fəlsəfəsi, yeni dövrün çağırışları və milli ideya haqqında fikirləri, qarşıya qoyduğu vəzifələr müxtəlif fəlsəfi və politoloji aspektlərdə tədqiq edilir. Milli ideya yeniləşmə proseslərinin stimulverici və motivəedici faktoru kimi fəlsəfi baxımdan araşdırılır, tarixi yaddaş ilə bağlılıqda müstəqil dövlət quruculuğu gedişində təhlil edilir, onun milli şüur və milli özünüdərk prosesi ilə üzvi bağlılığı açılır, elmi-fəlsəfi nəticələr çıxarılır”.

Monoqrafiyanın həmmüəllifləri filologiya elmləri doktoru, Prof. İlham Məmmədzadə, tarix elmləri doktoru Eynulla Mədətli, filologiya elmləri doktoru Füzuli Qurbanov, texnika elmləri doktoru H.Hüseynov, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarovdur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.