Press "Enter" to skip to content

Ağdərədə sakinlərlə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Xankəndi şəhərində, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ağdərə rayonunun Talış kəndində sakinlərlə görüşüb, onları dinləyib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Talış kənd orta məktəbdə keçirilən görüşdə sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər: “Səsləndirilən müraciətlərdə içməli su, internet, işlə təminat, müalicə, maddi köməklik və digər məsələlər üstünlük təşkil edib. Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində tapşırıqlar verib, bir çox məsələlər isə yerindəcə öz həllini tapıb. Digərləri araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata alınıb. Vətəndaşlar səyyar görüşdən razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər”.

Qeyd edilib ki, Talış kəndi birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib: “Yaşayış məntəqəsi 30 ildən çox işğal altında qalıb.Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 2023-cü ilin mart ayında Böyük Qayıdış proqramı çərçivəsində 20 ailə (90 nəfər) kəndə köçürülüb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.