Eskişehir Azərbaycanlılar Dərnəyinin jurnalı müasir dövrün tələblərinə uyğun olaraq yenidən işıq üzü görüb
BAYRAQDAR MEDİA – Öz fəaliyyətində hər zaman yeniliklər edən, müasir dövrün tələblərinə cavab verən addımlar atana Eskişehir Azərbaycanlılar Dərnəyi daha bir yeniliyə imza atıb. Belə ki, Dərnəyin nəşri olan və təkcə Eskişehirdə deyil, Türkiyə çapında nüfuza malik “Üç Çizgi” jurnalı dijital olaraq bıraxılmağa başlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişəhir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.
Məlumatda deyilir: “Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq hər zaman Azərbaycan dövlətinin diaspor siyasətinə yaxından dəstək vermişik. Bu sahədə üzərimizə düşən vəzifənin öhdəsindən layqincə gəlmək üçün var gücümüzlə çalışmışıq və bu gün də çalışırıq. Təbii ki, bu sırada media ilə iş də mühüm önəm kəsb edir”.
Məlumatda, həmçinin “2016-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlıları 3-cü Qurultayındakı çıxışında Cənab Prezidentimizin diaspora təmsilçilərinə “Azərbaycan diasporu media sahəsində güclü olmalıdır və fəaliyyət göstərməlidir” xitabından yola çıxaraq 2017-ci ilin yanvar ayından etibarən 3 aylıq müddətlərdə Azərbaycan bayrağını və milli məfkurəsini təmsilən “Üç Çizgi” adlı jurnalımızı çap etdirməyə başladıq. Azərbaycanımızı hər sahədə tanıtmağa böyük töhfə verən “Üç Çizgi”nin 26 sayı işıq üzü gördü. Maddi səbəblərdən jurnalın çapını 2024-cü ildə dayandırdıq. 2025-ci ilin yanvar ayından etibarən isə “Üç Çizgi” jurnalımız yenilənmiş üzü və daha geniş şəkildə dijital olaraq bıraxılmağa başlandı. Artıq jurnalımızın yeni formatda 1-ci sayı oxucuların görüşünə gəlib” deyə əlavə edilib.
İlk şərhi yaza bilərsiniz