Press "Enter" to skip to content

Region valiləri Karsda bir araya gəlib

Valilərin görüşündən

BAYRAQDAR MEDİA – Karsda keçirilən Qış Təlimi-2025 Müşahidəçi Günü çərçivəsində bölgə valiləri bir araya gəlib.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, “Ardahan valisi Hayrettin Çiçek, Erzurum valisi Mustafa Çiftçi və İğdır valisi Ercan Turan Kars valisi Ziya Polatı məqamında ziyarət edib. Görüş zamanı regionda təhlükəsizlik və koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb”.

Məlumata görə, bundan əlavə, valilər 2025 Qış Təlimləri çərçivəsində görülən hərbi və mülki hazırlıqları yerində araşdırıblar: “Bölgənin sərt qış şəraitində keçirilən təlimin qoşunların əməliyyat imkanlarının artırılmasında və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsində böyük əhəmiyyəti olduğu vurğulanıb. Valilər əməyi keçən bütün rəsmilərə təşəkkürlərini bildiriblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.