Press "Enter" to skip to content

QHT sektorunun gələcəyi ilə bağlı maraqlı görüş

Görüş zamanı

Görüşdə ictimai birliklərlə iş sahəsində yeni çağırışlar müzakirə olunub

BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Komitədən məlumat verilib.

Aygün Əliyeva Agentliyin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş bir sıra nəşrləri Fazil Mustafaya təqdim edib
Aygün Əliyeva Agentliyin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş bir sıra nəşrləri Fazil Mustafaya təqdim edib

Bildirilib ki, “Komitədə keçirilən görüşdə ictimai birliklərlə iş sahəsində mövcud durum və perspektivlər müzakirə olunub. Yeni çağırışlara uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən bir sıra qanunlarda müvafiq əlavə və dəyişikliklərin edilməsinə zərurət olması barədə fikir mübadiləsi aparılıb”.

Məlumata görə, görüşdə Komitə sədrinin müavini Sahib Alıyev, Komitənin üzvü Azər Allahverənov, Komitənin eksperti Əkbər Qoşalı, Agentliyin icraçı direktorunun müavini Emil Çaparlı, Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, mətbuat xidmətinin rəhbəri Ülviyyə Qarayeva iştirak edib.

Sonda İcraçı direktor Aygün Əliyeva Agentliyin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş bir sıra nəşrləri komitə sədri Fazil Mustafaya təqdim edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.