BAYRAQDAR MEDİA – Güney Azərbaycandan olan siyasi fəal Babək Çələbianlı bu yaxınlarda nüfuzlu “Geopolitics” saytında Güney Azərbaycan türklərinin milli oyanışında “Traktor” futbol klubunun rolunu, eləcə də İran stadionlarında türklərə qarşı irqçi təhqirləri araşdıran məqalə dərc edib.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Xəbərə əsasən, müəllif “Traktor”un bir futbol klubundan daha geniş auditoriyaya necə çevrildiyini və İrandakı milyonlarla Azərbaycan türkünün kimlik platforması və dinc etiraz simvolu rolunu oynadığını şərh edib. O, habelə İran stadionlarında türklərə qarşı sistematik ayrı-seçkilik və irqçi davranışlara işarə edərək, tamaşaçıların bu davranışlarının İranın idman və siyasi rəsmiləri tərəfindən gözardı edildiyini vurğulayıb.
B.Çələbianlı məqaləsində “Traktor” azarkeşlərinin kimlik axtarışında olan şüarlarının əks olunmasında media və sosial şəbəkələrin önəmindən danışıb və adıçəkilən klubun milli şüurun artırılmasında və mədəni assimilyasiya siyasətinə qarşı mübarizədəki rolunu araşdırıb. O, İran hakimiyyətinin bu milli oyanışa reaksiyalarına da toxunaraq, bunu son illərdə türklərin öz milli kimliklərini tələb etməsinə yönəlik mübarizənin güclənməsinin əlaməti hesab edib.
İlk şərhi yaza bilərsiniz