Press "Enter" to skip to content

Gənc tədqiqatçılar və yeni məzunlar üçün təqaüd proqramı

BAYRAQDAR MEDİA – Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu (HIIA) gənc tədqiqatçılar və yeni məzunlar üçün beynəlxalq münasibətlər sahəsi üzrə “Gələcək liderlər proqramı” çərçivəsində tədqiqat təqaüd proqramı elan edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təqaüd proqramı 31 mart 2025-ci ildən 30 iyun 2025-ci il tarixinədək davam edəcək. Proqrama müraciət üçün son tarix 10 fevral 2025-ci ildir”.

Təqaüd proqramı barədə ətraflı məlumatı linkdən əldə etmək mümkündür.

Mission News Theme by Compete Themes.