Press "Enter" to skip to content

BDU-nun nümayəndə heyəti BMT-nin COPUOS sessiyasında

BDU-nun nümayəndə heyəti BMT-nin COPUOS sessiyasında

BAYRQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi”nin (KFSMİK) Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space – COPUOS) 62-ci sessiyasında iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Vyana şəhərində keçirilən sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri E.Babayev bir neçə ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edərək BDU-nun elmi tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığını genişləndirmək istiqamətində müzakirələr aparıb. Görüşlər zamanı Universitetin müxtəlif elm sahələrində həyata keçirdiyi layihələr, potensial əməkdaşlıq imkanları və birgə tədqiqat proqramları ilə bağlı fikir mübadiləsi aparılıb”.

BMT-nin adıçəkilən Elm və Texnika Altkomitəsinin sessiyası qlobal kosmik siyasətin formalaşdırılması, yeni elmi və texnoloji nailiyyətlərin paylaşılması və ölkələr arasında əməkdaşlığın inkişafı baxımından mühüm platforma hesab edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.