BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri növbəti dəfə ASAN könüllüləri ilə görüşüb. Tədbir “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində reallaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “Ülvi Mehdiyev gənclərin cəmiyyətin müxtəlif sahələrində, o cümlədən vətəndaşlara xidmətlərin göstərilməsi, sosial innovasiyaların tətbiqi zamanı fəal iştiraklarından söz açıb. O, ASAN könüllülərinin müxtəlif innovativ layihələrdəki rolunun, innovativ idarəetmə modelinin tətbiqi ilə bağlı uğurlu təcrübələrinin əhəmiyyətini diqqətə çatdırıb”.
Məlumata görə, açıq müzakirə formatında davam edən görüşdə dövlət idarəçiliyinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb, gənclərin sulları cavablandırılıb.
Qeyd edilib ki, “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsinin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərinin dinlənilməsidir. Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ və çevik şəkildə müzakirəsinə imkan verir.
İlk şərhi yaza bilərsiniz