BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” (ADY) -nin bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15 faiz üstələyib.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Bildirilib ki, “qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb. Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5 min 355 nəfər sərnişin səfər edib”.
İlk şərhi yaza bilərsiniz