Press "Enter" to skip to content

Xalq artistindən yeni yanaşma – VİDEO

Tünzalə Ağayeva

BAYRAQDAR MEDİA – Xalq artisti Tünzalə Ağayeva ard-arda yeni layihələr təqdim edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.

O, qeyd edib ki, çalışqan pop ulduz bu dəfə məşhur “Atəşim var, külüm yox” mahnısına yeni nəfəs verib: “Sevilən müğənni əfsanəvi mahnını tam fərqli janr və aranjemanda təqdim edib. Mahnını Emin Karim aranjeman edib. Mahnının musiqisi və sözləri bəstəkar, sənətçi Suat Sayına məxsusdur. Mahnının rep hissəsini meyxanaçı, şair Fariz Zeynalov yazıb”.

Bildirilib ki, “estrada ulduzu mahnı üçün kamera qarşısısına da keçib. Xalq artistinin klipinin rejissoru Nicat Qafuroğlu, operatoru isə Elvin Hacıəliyevdir. Ekran işində geyim üzərində dizayner Aynur Kamranlı çalışıb. İdeya və styling Tünzalə Ağayevanın şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Pop ulduzun makiyajını Nura Səfərova, saç düzümünü isə Roman Məmmədov edib.

Klipin xoreoqrafiyası Nigar İbrahimbəyliyə aiddir. Pop ulduza ekran işində rəqqaslar Nigar İbrahimbəyli və Elnur Musayev müşayiət ediblər. Layihənin direktoru Yalçın Cabbarovdur”.

Qeyd edək ki, klip Xalq artistinin şəxsi “Youtube” və bütün musiqi platformalarında yerləşdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.