Press "Enter" to skip to content

Vikipediyada İzmir muzeyləri haqqında məqalələr

Vikipediyada İzmir muzeyləri haqqında məqalələr

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada “İzmir Qadın Muzeyi”, “İzmir Arxeologiya Muzeyi”, “İzmir Atatürk Muzeyi” adlı məqalələr yaradıb.

Məqalələrdə sözügedən muzeylərin tarixi, memarlığı, kolleksiyaları haqqında məlumatlar yer alır.

Yaratdığı məqalələr haqqında BAYRAQDAR MEDİA-ya danışan X.Məmmədli tədbir üçün İzmirə getdiyi zaman həmin muzeyləri ziyarət etdiyini deyib. Bundan sonra onlar haqqında məqalə yaratmaq qərarına gəlib: “Ötən il İzmirdə Doqquz Eylül Universitetinin dəvəti ilə Beynəlxalq Tələbələr Günü münasibəti ilə tədbirə qatıldım. Viki görüşlə bağlı təşkil olunmuş tədbirə dəvət çərçivəsində “İzmir Atatürk Muzeyi”, “İzmir Qadın Muzeyi” və “İzmir Arxeologiya Muzeyi”ni ziyarət etmək şansım oldu. Bu, Azərbaycandilli Vikipediyada sadalanan muzeylərin səhifələrini yaratmaq zərurətini doğurdu. Hər üç muzey İzmirin turistlər tərəfindən ziyarət edilən muzeyləridir. “İzmir Qadın Muzeyi”nə giriş isə ödənişsizdir. 23 yanvar 2014-cü ildə Konak Bələdiyyəsi Qadın və Ailə Xidmətləri bölməsinin nəzdində yaradılmış muzeydə həmçinin, Türkiyənin ilk qadın vəkili Əhməd bəy Ağaoğlunun qızı azərbaycanlı Türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğluna aid geyim də sərgilənir. 1941-ci ildə açılan “İzmir Atatürk Muzeyi”ndə Mustafa Kamal Atatürkün əşyaları sərgilənir. 1941-ci il sentyabrın 11-də Atatürkün İzmirə gəlişinin 19-cu ildönümündə ictimaiyyətin istifadəsinə verilmiş muzey 13 may 1988-ci ildə rəsmi olaraq indiki adı ilə İzmir Atatürk Muzeyi adlandırılıb. 1927-ci ildə açılmış “İzmir Arxeologiya Muzeyi”ndə isə Tunc dövrü, Yunan və Roma dövrünə aid büstlər, heykəlciklər, alətlər və müxtəlif yemək qablarından ibarət artefaktlar sərgilənir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.