Press "Enter" to skip to content

Turizm imkanları Türkiyədə nümayiş etdirilir

Sərgi zamanı

BAYRAQDAR MEDİA – “Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində işinə başlayan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT – 2025”) təbliğ olunur. Sərgi çərçivəsində milli stenddə 10 yerli turizm sənayesi nümayəndəsi və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur”.

Dövlət Turizm Agentliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Bildirilir ki, “ziyarətçilərə Azərbaycanın turizm imkanları, o cümlədən qastroturizm, şərabçılıq, qış turizmi və dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan maddi mədəni irs nümunələri barədə ətraflı məlumat təqdim olunur. Həmçinin Türkiyə və digər ölkələri təmsil edən turizm sektoru nümayəndələri ilə B2B formatında görüşlər təşkil edilir. Dünyanın beş böyük turizm sərgisindən biri hesab olunan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT – 2025”) 95 ölkə təmsil olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.