BAYRAQDAR MEDİA – Eskişehirdəki Odunpazarı Bələdiyyəsi tərəfindən Hamamyolu küçəsində həyata keçirilən “Sənət Körpüsü” layihəsi yeni əlavə olunan Atatürk rəsmləri ilə daha da diqqət mərkəzinə gəlib.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, çox sayda yerli və xarici turistin istifadə etdiyi körpü Gazi Mustafa Kemal Atatürkün müxtəlif dövrlərə aid portretləri ilə bəzədilib: “Sənətsevərlərin və ziyarətçilərin marağına səbəb olan bu toxunuş körpüyə tarixi və emosional dəyər qatıb. Körpünü ziyarət edən vətəndaşlar Atatürk rəsmlərinin əlavə olunmasından məmnunluqlarını ifadə edərək, bu cür bədii layihələrin davamlı olmasını arzulayıblar”.
İlk şərhi yaza bilərsiniz