BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “beynəlxalq təşkilatın nümayəndə heyətinə ölkəmizdə iqtisadi artım, inflyasiya,idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib. Görüş zamanı BVF-nin Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub. Tərəflər iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılması və dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar”.
İlk şərhi yaza bilərsiniz