BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) direktor, texnika elmləri doktoru Hüseyn Hüseynovun rəhbərliyi ilə müşavirə keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “direktor müavinləri, şöbə və sektor müdirlərinin iştirakı ilə keçirilən müşavirə Rəyasət Heyəti tərəfindən MEK-in 100 illik yubileyinin keçirilməsi haqqında qərardan irəli gələn tədbirlər planının müzakirəsinə həsr olunub. Direktor çıxış edərək 2025-ci ilin avqust ayında MEK-in yaradılmasının 100 ilinin tamam olmağı münasibəti ilə kitabxanada görüləcək işlər, hazırlıqlardan danışıb”.
Sonra xəbərdə, “MEK rəhbəri bildirib ki, son dövrlərdə Elektron Akademiya hərəkatı çərçivəsində MEK-də yeni islahatlar mərhələsinə başlanılıb. Qeyd edilib ki, bu islahatlar nəticəsində qısa vaxtda elektron kitabxana istiqamətində əldə edilən mühüm nailiyyətlərin elmi-tədqiqat sahəsinə yönəldilməsi, “Elektron Kitabxana” konsepsiyası çərçivəsində biliklərin qorunması, qlobal kitabxana-informasiya prosesləri fonunda müasir oxucu xidməti modelinin hazırlanması və tətbiqi bu konsepsiyasının əsas məqsədidir” deyə qeyd olunur.
Daha sonra müşavirə zamanı MEK-in 100 illik yubileyinə hazırlıqla əlaqədar müzakirələr aparılıb, Rəyasət Heyəti tərəfindən təsdiqlənən tədbirlər planının icrası ilə bağı müvafiq tapşırıqlar verilib.
Görüşdə direktor müavinləri və şöbə müdirləri də çıxış edərək öz fikir və təkliflərini səsləndiriblər.
İlk şərhi yaza bilərsiniz