BAYRAQDAR MEDİA – “Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentində məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib”.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib.
Bildirilib ki, “Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib. Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub “Kadr uçotunun şəxsi vərəqəsi”ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 18 fevral 2025-ci il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər”.
Məlumatda deyilir ki, kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
İlk şərhi yaza bilərsiniz