Press "Enter" to skip to content

İpoteka kreditləşməsi üçün limitlər ayrılıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

BAYRAQDAQ MEDİA – Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka (o cümlədən güzəştli) kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Bu haqda sözügedən Fondun yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 6 fevral 2025-ci il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə isə 7 fevral 2025-ci il saat 10:00-dan etibarən başlanılacaq.

Müraciətlərin qəbulu Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcək.

Qeyd olunur ki, e-sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar müraciətlərin kompüter (PC) və ya notebookla (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.