Press "Enter" to skip to content

Himayəçilər Şurasına yeni sədr seçilib

BAYRAQDAR MEDİA – “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının növbədənkənar iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İSB-dən məlumat verilib.

Bildirilib ki, “iclasda təşkilati məsələlərə baxılıb. İSB-nin Nizamnaməsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Daxili audit departamentinin direktoru Elçin Əlizadə Şura üzvü təyin edilib. İclasda Şuranın yeni sədrinin seçilməsi məsələsinə də baxılıb. E.Əlizadə İSB Himayəçilər Şurasının sədri seçilib. Qeyd edək ki, E.Əlizadə 2023-cü ilin fevralından İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri vəzifəsində çalışıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.