BAYRAQDAR MEDİA – Baş nazir Rosen Jelyazkov Brüsseldə jurnalistlərə bildirib ki, Bolqarıstan Avrozona üzvlüyünə hazırlığının təhlili ilə bağlı fövqəladə Konvergensiya Hesabatı tələb edəcək.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, baş nazir üzv olduğu GERB partiyası adından Avrozonaya girişin onun üçün prioritet olduğunu iddia edərək, 2025-ci il dövlət büdcəsinin Maastrixt kriteriyaları çərçivəsində hazırlanmalı olduğunu da vurğulayıb.
“Ümid edirəm ki, Bolqarıstan parlamenti sabitliyə və yaxşı fiskal siyasət parametrlərinə gətirib çıxaracaq düzgün qərarlar qəbul edəcək”, deyə baş nazir bildirib.
İlk şərhi yaza bilərsiniz