Press "Enter" to skip to content

Fəallar “Paniranist faşizminə yox!” deyir

Fəallar “Paniranist faşizminə yox!” deyir

BAYRAQDAR MEDİA – Fevralın 4-də Təbrizdə Güney Azərbaycanlı milli fəallar şəhər boyu “panisranist faşizminə yox!” şüarı yazılmış vərəqələr yapışdırıblar.

Xəbəri “Azad İran” Telegram kanalı Azərbaycan Öyrənci Hərəkatına istinadla yayımlayıb.

Bildirilib ki, bu addım Güney Azərbaycanda milli fəalların sıxışdırılması siyasətinə etiraz olaraq və irqçi düşüncələrlə qarşı-qarşıya durmağın vacibliyini vurğulamaq üçün atılıb. Aksiyanın məqsədi paniranistlərin faşist düşüncələrinin fəsadları haqda ictimaiyyəti məlumatlandırmaqdır.

Fəallar hesab edirlər ki, bu ideologiya İranda Azərbaycanın milli-mədəni kimliyinə məhəl qoymayaraq, ayrı-seçkilik və zülmə zəmin yaradır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.