Press "Enter" to skip to content

Dini sahədə dövlət siyasəti ilə bağlı yenilik

Özbəkistan məscidi

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanda dini siyasətlə bağlı yenilk edilir. Belə ki, Ali Məclisin Qanunvericilik Palatası “Özbəkistan Respublikasında vətəndaşların vicdan azadlığının təmin edilməsi və dini sahədə dövlət siyasəti konsepsiyasının təsdiq edilməsi haqqında” qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

Bu barədə xabar.uz saytı məlumat yayıb.

Bildirilib ki, “bu Konsepsiya dini sahədə dövlət siyasətinin məqsədi, vəzifələri, prinsip və prioritetlərini, habelə vicdan azadlığı hüququnun həyata keçirilməsini və Özbəkistanın dünyəvi dövlət olması ilə bağlı konstitusiya müddəalarını müəyyən edir. Konsepsiya həm də dövlətçiliyin inkişafının zəngin milli-tarixi təcrübəsinə və ümumbəşəri dəyərlərə əsaslanaraq hazırlanıb”.

Məlumata görə, sənəd çoxmillətli və çoxkonfessiyalı Özbəkistanda ümumi cəmiyyətin maraqlarının həyata keçirilməsinə, demokratiya, dünyəvilik, azadlıq, bərabərlik, sosial ədalət və həmrəylik əsasında harmoniya və ardıcıl inkişaf üçün zəruri olan sabit mühitin təmin edilməsinə yönəlib: “Konsepsiya layihəsi və onun təsdiqi haqqında qanun layihəsi yanvarın 31-də parlamentin aşağı palatasının deputatları tərəfindən birinci oxunuşda qəbul edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.