Press "Enter" to skip to content

Azərbaycanlı səfir Kosta Rika Prezidenti ilə görüşüb

Görüş zamanı

BAYRAQDAR MEDİA – “İqamətgahı Mexiko şəhərində olmaqla, Azərbaycanın Kosta Rikadakı səfiri Məmməd Talıbov Kosta Rika Respublikasının Prezidenti Rodriqo Çavesin dəvəti əsasında diplomatik korpusun nümayəndələri üçün Yeni il ilə əlaqədar təşkil edilmiş salamlama mərasimində iştirak edib”.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “paytaxt San Xosenin Milli Teatr binasında keçirilən tədbir zamanı M.Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik və səmimi salamlarını Kosta Rika dövlət başçısına çatdırıb. Prezident R.Çaves minnətdarlığını ifadə edib, onun da salamlarını və ən xoş arzularını dövlət başçımıza çatdırmağı xahiş edib”.

Məlumata görə, söhbət əsnasında Kosta Rikanın COP29-da fəal iştirakına diqqət çəkilib, ikitərəfli münasibətlərin bütün mümkün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində daha da genişləndirilməsinin vacibliyi qeyd olunub: “Tədbir zamanı azərbaycanlı diplomat o cümlədən Kosta Rikanın xarici işlər naziri Arnoldo Tinoko ilə görüşüb, ikitərəfli münasibətlərin inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.