Press "Enter" to skip to content

Aparat rəhbəri Göyçayda vətəndaşları qəbul edib

Qəbul zamanı

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev fevralın 4-də Göyçay rayonunda sakinləri qəbul edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub. F.Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib”.

Məlumata görə, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Mission News Theme by Compete Themes.