BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) “AMC 8 (The American Mathematics Competitions) müsabiqəsinin sualları. 2000-2020” adlı dərs vəsaiti daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Amerika Riyaziyyat Müsabiqələri (The American Mathematics Competitions – AMC) orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş olimpiadadır. AMC 8 orta məktəbin VI-VIII sinif şagirdlərini əhatə edir. Təqdim edilən kitabda AMC 8 səviyyəsində test şəklində hazırlanmış və 2000-2020-ci illərdə təklif edilmiş 525 məsələni mətni və onların doğru cavabları verilmişdir. Bu məsələlər hər birində 25 məsələ olmaqla 21 variantda cəmlənib”.
Sonra xəbərdə deyilir ki, “Amerika Birləşmiş Ştatlarında (ABŞ) bu müsabiqələrin nəticələrinə böyük önəm verilir və bu nəticələr hətta Massaçusets Texnologiya İnstitutu kimi bir sıra məşhur tədris müəssisələrində tələbə seçimində nəzərə alınır. Kitab riyaziyyatla maraqlanan və məsələ həll etməyi sevən orta məktəb şagirdləri üçün nəzərdə tutulub”.
Sözügedən toplu riyazi dərnəklərə rəhbərlik edən, riyaziyyatdan olimpiadalar və başqa tipli yarışlar keçirən müəllimlər üçün də dəyərli vəsait ola bilər.
İlk şərhi yaza bilərsiniz