BAYRAQDAR MEDİA – Oktyabrın 29-dan etibarən Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə başlayıb. Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, bölgə teatrlarında hazırlanan səhnə əsərlərini paytaxt tamaşaçılarına təqdim etməkdir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “10 Mart – Milli Teatr Gününə qədər davam edəcək yeni layihə Naxçıvan, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Füzuli, Qusar, Qax, Qazax, Ağdam teatrlarını əhatə edəcək. Layihənin növbəti qonağı Mingəçevir Dövlət Dram Teatrı olub. Fevralın 3-də Əməkdar artist İntiqam Soltanın “Ağ-qara” adlı müəllif tamaşası nümayiş olunub”.
Tamaşanın nümayişindən sonra Milli Dram Teatrının bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə tamaşanın müəllifi və rejissoru İ.Soltana Milli Dram Teatrının diplomunu təqdim edib.
İlk şərhi yaza bilərsiniz