BAYRAQDAR MEDİA – KKTC-nin Milli Müdafiə Universitetinin (MSÜ) Dəniz Astsubay Peşə Məktəbinin 2-ci kurs tələbələri 4-6 fevral tarixləri arasında Gazimağusa Limanına səfər edəcəklər.
Bu barədə Kıbrıs Postası məlumat yayıb.
Bildirilib ki, “Təhlükəsizlik Qüvvələri Komandanlığının (GKK) mətbuat xidmətindən verilən açıqlamada, MSÜ Dəniz Astsubay Peşə Məktəbinin 2-ci kurs tələbələrinin Açıq Dəniz çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının döyüş elementlərindən biri olan TCG Sancaktar (L-403) ilə Gazimağusa limanına səfər edəcəkləri qeyd edilib”.